Bu gün “Beynəlxalq gənclər günü”dür

Bu gün “Beynəlxalq gənclər günü”dür
Want create site? Find Free WordPress Themes and plugins.

1998-ci il avqustun 12-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində gənclərlə iş sahəsində keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada “Gənclər Günü” kimi qeyd olunması qərara alınmışdır.

A24.Az xəbər verir ki, həmin tarixdən etibarən Beynəlxalq Gənclər Günü Azərbaycanda da qeyd olunur.

Sağlam gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün əsas məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı gənclərdən asılıdır.

Ölkəmizdə dövlətin gənclər siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər sağlamdüşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqət mərkəzində saxlamış, gənclərin sosial-iqtisadi, ictimai-­siyasi və mədəni həyatda iştirakının təmin olunmasını vacib hesab etmişdir. Hələ ötən əsrin 70-ci illərindən sağlam gənc nəslin yetişdirilməsini diqqətdə saxlayan dahi şəxsiyyət onların hərtərəfli təhsil alması, hərbi sahədə ixtisaslı kadr kimi yetişməsi qayğısına qalmışdır. Bu dövrdə şəhər, rayon və kəndlərdə məktəb binaları, idman obyektləri tikilmiş, gənclərin asudə vaxtının səmərəli təşkili və milli ruhda tərbiyələnməsi sahəsində ardıcıl tədbirlər görülmüşdür.

Ölkəmiz müstəqillik qazandıqdan və ulu öndər xalqın təkidli tələbi ilə yenidən ali hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycanda dövlət gənc­lər siyasəti yeni mərhələyə çıxarılmış, 1994-cü ildə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılmış, 1996-cı il fevralın 2-də Azərbaycan Gənc­lərinin I Forumu keçirilmişdir. Ümummilli liderin müvafiq sərəncamı ilə birinci forumun keçirildiyi gün – fevralın 2-si Azərbaycanda Gənclər Günü elan edilmişdir. Ulu öndər bu sahənin hüquqi bazasının yaradılması, gənclərlə işin daha da təkmilləşdirilməsi məsələlərini də diqqət mərkəzində saxlamış, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Ulu öndər gənclərin qarşısında mühüm vəzifələr qoyaraq deyirdi: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərin təhsil alması, sağlam və vətənpərvər böyüməsinə xüsusi diqqət yetirir. Dövlət başçısının sərəncamları ilə ölkəmizdə gəncliyin inkişafı ilə bağlı dövlət proqramlarının qəbul olunması, Azərbaycan gənclərinin növbəti forumlarının keçirilməsi bu sahədə görülən işlərin əhatə dairəsini daha da genişləndirmişdir. Azərbaycanın müxtəlif bölgələrində müasir standartlara cavab verən məktəb binaları tikilib istifadəyə verilir, orta və ali təhsil ocaqları müasir avadanlıqlarla təchiz edilir. Elmi müəssisələrin, məktəblərin kompüterləşdirilməsi, gənc nəslin virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar Azərbaycanda insan kapitalının inkişafına xidmət edir. Ölkə Prezidentinin “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamı bu baxımdan mühüm əhəmiyyətə malikdir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar