Bu gün Diş Əti Sağlamlığı günüdür

Bu gün Diş Əti Sağlamlığı günüdür
Want create site? Find Free WordPress Themes and plugins.

Avropada Diş Əti Sağlamlığı Günü hər il mayın 12-də Avropa Parodontoloqlar Federasiyasının təşəbbüsü ilə qeyd olunur.

A24.Az xəbər verir ki, Bu günün yaradılması ictimaiyyətin qinqivit və parodontit kimi diş xəstəliklərinə daha çox diqqət ayırması məqsədi daşıyır. Onun başlıca hədəflərindən biri diş əti və onunla əlaqədar problemlər, eləcə də diş əti sağlamlığının vacibliyi haqqında məlumatın artırılmasıdır.

Avropa Diş Əti Sağlamlığı Günü həmin xəstəliklərlə mübarizə üzrə milli cəmiyyətlərin təşkil etdiyi beşinci məlumatlandırma günüdür.

Keçən il “Peridontal xəstəliyə birlikdə qalib gələk” şüarı ilə keçirilən beynəlxalq aksiya böyük uğur qazanıb: 27 milli cəmiyyətin iştirakı ilə keçirilən tədbir zamanı ictimaiyyətin məlumatlandırılması sahəsində xeyli iş görülüb, pulsuz periodontal skrininqlər təşkil edilib və xeyli kütləvi informasiya vasitələri bu barədə informasiya yayıb.

Bu il keçirilən Avropa Diş Əti Sağlamlığı Gününün əlaqələndiricisi Ksavye Struilu deyir: “Xatırlatmağı özümüzə borc bilirik ki, diş əti sağlamlığı orqanizmin ümumi sağlamlığının əsas amillərindən sayılır və onun xəstəliyi ictimai səhiyyənin aktual problemlərindən biri kimi hətta ürək-damar və serebrovaskulyar xəstəliklər də daxil olmaqla, çox ciddi xəstəliklərə səbəb ola bilər. Diş ətlərinin sağlamlığı bizə neçə-neçə həyatı xilas etməyə, sağlamlıq üçün narahatlıq doğuran bir sıra halları aşkarlamağa və vaxtında qarşısını almaqla yanaşı, tibbə sərf olunan milyardlarla vəsaitə qənaət olunmasına kömək edir”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar