A24 Xeber

Bu gün Əli Həsənovun doğum günüdür – 58 yaş

Bu gün Əli Həsənovun doğum günüdür – 58 yaş
149
10 Mart 2018 - 10:35

Bu gün Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ad günüdür.

A24.az  xəbər verir ki, Əli Məhəmmədəli oğlu Həsənov 10 mart 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Tənənəm kəndində anadan olub.

 Tarix elmləri doktoru, professor Əli Həsənov ali təhsilini Moskva Dövlət Universitetində alıb.

1992-ci ilin mayından 1993-cü ilin dekabrınadək Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində inspektor, baş laborant, 1994-cü ilin fevralından 1995-ci ilin sentyabrınadək Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin müdiri, 1995-ci ilin sentyabrından 1996-cı ilin iyul ayınadək Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdir müavini, 1996-cı ilin iyulundan 2005-ci ilin iyul ayına qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəzifələrində çalışıb.

1-ci dərəcə dövlət müşaviri olan Əli Həsənov 19 iyul 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiridir. Prezident İlham Əliyevin sərəncamı ilə 23 fevral 2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00