A24 Xeber

Bu gün ən uzun “Qanlı Ay” tutulması olacaq

Bu gün ən uzun “Qanlı Ay” tutulması olacaq
49
27 İyul 2018 - 8:34

Bu gün XXI əsrin ən uzun “Qanlı Ay” tutulması hadisəsi baş verəcək.

“A24.az” xəbər verir ki, bu təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:24:27-də başlayacaq.

Bildirilir ki, tam tutulmanın başlanması isə saat 23:30:15-ə təsadüf edəcək. Tam tutulma 01:13:11-də sona çatacaq. Bu zaman Ayın səthi qızılı rəngə bürünəcək. Ona görə də bəzən buna “Qanlı Ay” deyirlər.

1 saat 43 saniyəlik tutulma hadisəsinin bütövlükdə sona çatması saat 02:19-də qeydə alınacaq və həmin vaxt Ayın səthi tam açılacaq.

İkinci tutulma gecə saatlarında olduğu üçün prosesi Azərbaycanda da tamamilə müşahidə etmək mümkün olacaq. Qeyd edilən tarixdə, həmçinin Mars -Yer qarşıdurması hadisəsi baş verəcək.

Xatırladaq ki, bu ilin ilk Ay tutulması hadisəsi yanvarın 31-də qeydə alınıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00