Bu gün Ərəb dövlətləri toplaşır - Qüds üçün

Bu gün Ərəb dövlətləri toplaşır – Qüds üçün
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqasının XİN rəhbərləri səviyyəsində fövqəladə iclası keçiriləcək.

“A24.az”ın “RİA-Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, yığıncaqda Qüds ətrafında və kütləvi etirazlardan sonra Fələstin ərazilərində vəziyyət müzakirə ediləcək.

Toplantı hazırda Liqada sədrlik edən Səudiyyə Ərəbistanının təşəbbüsü ilə baş tutacaq.

Ötən gün Qahirədə Ərəb Dövlətləri Liqasına üzv ölkələrin daimi nümayəndələri səviyyəsində keçirilən toplantıda Fələstindəki hadisələrlə bağlı qəbul edilən qətnamə layihəsi nazirlər tərəfindən təsdiqlənməlidir.

Sənədin məzmunu açıqlanmır, bütün görüşlər media üçün qapalı rejimdə keçirilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar