A24 Xeber

Bu gün Ermənistanın Rusiyadakı səfiri istefaya göndərilir

Bu gün Ermənistanın Rusiyadakı səfiri istefaya göndərilir
539
09 Mart 2017 - 8:59

Ermənistanın Rusiyadakı səfiri Oleq Esayan martın 9-da istefaya göndəriləcək.

“A24.az” bildirir ki, bu barədə “Jamanak” qazeti məlumat yayıb. Bildirilib ki, səfiri Vardan Toqanyan əvəz edəcək.

Vardan Toqanyan 2014-cü ildə almazların cilalanması ilə məşğul olan “Şoqakn” şirkətinin səhmdarı olub.

Qeyd edək ki, Ümumrusiya Dövlət Teleradio Yayım Şirkətinin siyasi verilişlərin aparıcısı Vladimir Solovyovun Yerevana gəlişindən sonra, Ermənistanın Rusiyadakı səfiri Oleq Esayanın istefası barədə məlumatlar yayılıb. Vladimir Solovyov mətbuat konfransında səfiri fəaliyyətsizlikdə ittiham edib. (report.az)

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00