A24 Xeber

Bu gün “Formula 1 Azərbaycan Qran Prisi”nin yarışları başlayır

Bu gün “Formula 1 Azərbaycan Qran Prisi”nin yarışları başlayır
72
27 Aprel 2018 - 8:24

Bu gün Bakıda “Formula 1 Azərbaycan Qran Prisi”nin ilk yarış günü başlayır.

“A24.az”ın məlumatına görə, trasda hər biri iki pilotla təmsil olunana 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebestyan Fettel, Valtteri Bottas kimi tanınmış pilotlar var.

Qeyd edək ki, bu gün Bakı Şəhər Halqasında “Formula 2” bolidlərinin sərbəst yürüşləri, həmçinin F2 pilotlarının təsnifat mərhələsi keçiriləcək.

Bundan başqa, Bakı trekində “Formula 1” bolidlərinin birinci və ikinci sərbəst yürüşləri baş tutacaq.

Qeyd edək ki, Bakıda 3-cü dəfə keçirilən “Formula 1” yarışları aprelin 29-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00