A24 Xeber

Bu gün ilin ilk Ay tutulması yaşanacaq

Bu gün ilin ilk Ay tutulması yaşanacaq
97
31 Yanvar 2018 - 8:56

Bu gün Ay tutulması hadisəsi baş verəcək.

“A24.az” bildirir ki, bu astronomik hadisə ilə bağlı özəl olaraq Trend-ə açıqlama verən AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikaylov bildirb ki, Azərbaycanda Ay tutulması hadisəsinin əvvəlini müşahidə etmək mümkün olmayacaq.

Alim bildirib: “Azərbaycanda Ay tutulması hadisəsinin əvvəlini müşahidə etmək mümkün olmayacaq. Azərbaycandan Ay tutulması hadisəsini yalnız Ayın səthi açılmağa doğru gedərkən müşahidə edə biləcəyik”.

X.Mikayılov əlavə edib ki, bu gün Ay tutulması saat 15:48:27-də, tam tutulma isə 16:51:47-də başlayacaq, maksimum tutulma 17:29:51-də qeydə alınacaq. Tam tutulmanın sonu 18:07:51-də olacaq. Tutulma 19:11:11-də başa çatacaq:

“Bu təbiət hadisəsinin əvvəlini Yer Kürəsinin şərqində yaşayanlar müşahidə edəcək. Azərbaycan ərazisində isə tutulma 18:00-dan etibarən Ay doğduqca görünməyə başlayacaq və həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq. Biz həmin vaxtdan başlayaraq, adi gözlə tutulma hadisəsini izləyə biləcəyik”.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00