Bu gün Milli Məclis yenidən toplaşır

Bu gün Milli Məclis yenidən toplaşır
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.

“A24.az” xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna, “Konstitusiya Məhkəməsi haqqında” qanuna, “Məhkəmələr və hakimlər haqqında” qanuna, “Torpaq islahatı haqqında” qanuna və digər qanun və məcəllələrə dəyişiklik müzakirə ediləcək.

İclasda həmçinin İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məruzəsi dinləniləcək.

Qeyd edək ki, ümumilikdə Milli Məclisin mayın 1-ə və 4-ə təyin edilən iclaslarının gündəliyinə 56 məsələ daxildir. Ötən iclasda artıq 33 məsələyə baxılıb, bu gün isə digər qalan məsələlərə baxılacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar