Bu gün Novruzun İLK - SU çərşənbəsidir

Bu gün Novruzun İLK – SU çərşənbəsidir
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi – Su çərşənbəsi qeyd olunur.

Novruz bayramına 4 həftə qalmış həyat üçün vacib dörd ünsür – su, od, yel və torpaqla bağlı çərşənbələr təntənəli şəkildə keçirilir.

El arasında bunlara “boz ayın çərşənbələri” də deyilir.

Novruz bayramının ilk çərşənbəsi – Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. İlk çərşənbə ərəfəsində evlər sahmana salınır, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir.

Hər çərşənbənin öz təamı, öz xonçası var. Su çərşənbəsinin xonçasında pak, təmiz su mütləq olmalıdır. Suyun ətrafına quru meyvə, rəngli şamlar, ləbləbi – kişmiş, çətənəli, küncüdlü, fındıqlı-qozlu qovurğa qoyulur.

Xalq inancına görə, birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir. Su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Ümumiyyətlə, saflıq, təmizlik rəmzi olan su hər zaman müqəddəs hesab edilib. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq lazımdır və hamı həmin sudan içməlidir.

Su çərşənbəsi “əzəl çərşənbə” və ya “Sular Novruzu” da adlanır.

Qeyd edək ki, Azərbaycanda martın 6-da Od, martın 13-də Hava (Yel), martın 20-də isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq.

Yaz fəsli ölkəyə martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar