A24 Xeber

Bu gün Paşinyan üçün həlledici gündür

Bu gün Paşinyan üçün həlledici gündür
78
08 May 2018 - 8:47

Bu gün Ermənistan parlamentində baş nazir vəzifəsinə seçkilər keçiriləcək.

“A24.az” TASS-a istinadən xəbər verir ki, müxalifətin bu vəzifəyə yeganə namizədi Nikol Paşinyandır.

Parlamentin iclası yerli vaxtla saat 12:00-da başlayacaq. Deputatlar Paşinyanın çıxışını dinləyəcək və ona suallar verəcəklər.

Onun baş nazir vəzifəsinə namizədliyi ikinci dəfə irəli sürülür. Birinci səsvermə mayın 1-də keçirilib və müzakirə 6 saatdan çox davam edib.

Həmin vaxt Paşinyana 45 deputat səs verib. Lakin namizədə baş nazirin seçilməsi üçün 53 səs lazımdır.

Ermənistanın hakim partiyası növbəti seçkilərdə Paşinyana dəstək verəcəyini vəd edib.

Report.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00