Bu gün və sabah Bakının əsas yollarında hərəkət məhdudlaşdırılacaq

Bu gün və sabah Bakının əsas yollarında hərəkət məhdudlaşdırılacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Nərimanov rayonu Həsənoğlu və Fətəli xan Xoyski küçələrində, üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq bu gün adıçəkilən ünvanlarda axşam saat 22:00-dan etibarən hərəkət qismən məhdudlaşdırılacaq.

A24.Az xəbər verir ki,  qismən məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

Paytaxtda yol infrastrukturunun yenidən qurulması ilə bağlı olaraq aparılan təmir-tikinti işləri çərçivəsində sabah gecə saatlarından isə Heydər Əliyev prospektinin “Sabunçu yol qovşağı”ndan “Böyük Şor yol qovşağı”nadək (mərkəz istiqaməti) olan hissəsində hərəkət qısa müddətlik qismən məhdudlaşdırılacaq.

“Sürücülərdən qeyd olunan tarixlərdə alternativ yollardan istifadə etmələrinə üstünlük vermələri tövsiyə olunur və sözügedən ünvanlarda hərəkətdə olarkən diqqətli olmaları, ərazidə yerləşdiriləcək müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

bu gun ve sabah bakinin esas yollarinda hereket mehdudlasdirilacaq

bu gun ve sabah bakinin esas yollarinda hereket mehdudlasdirilacaq

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar