Bu gün Yerevanda irimiqyaslı etiraz aksiyası başlayacaq

Bu gün Yerevanda irimiqyaslı etiraz aksiyası başlayacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistanda etiraz hərəkatının lideri Nikol Paşinyan aprelin 29-dan Yerevanda etiraz aksiyalarına yenidən start veriləcəyini bəyan edib.  

“A24.az”ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Nikol Paşinyan mitinqin daha irimiqyaslı olacağına əminliyini bildirib.

Qeyd edək ki,  Paşinyan paytaxt Yerevanda etiraz aksiyalarına ikigünlük (27-28 aprel)  fasilə verərək, Gümrü və Vanadzor da daxil olmaqla ölkənin bir neçə bölgəsinə səfər edib.

Xatırladaq ki, sabiq prezident S. Sərkisyanın baş nazir seçilməsinə etiraz əlaməti olaraq aprelin 13-dən başlayaraq müxalifət lideri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvan və digər şəhərlərdə kütləvi etiraz aksiyaları başlayıb. Aprelin 13-də S. Sərkisyan baş nazir postundan istefa verib. Bununla belə, N. Paşinyan Respublika Partiyasının bütövlükdə hakimiyyətdən kənarlaşmasını və yeni baş nazirin seçilməsini tələb edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Gündəm, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar