Bu hallar sizdə də olur? - Yuxuların psixoloji izahı

Bu hallar sizdə də olur? – Yuxuların psixoloji izahı
Want create site? Find Free WordPress Themes and plugins.

Röyalar psixologiyada, şəxsin yuxuda olan zaman yaşadığı hər cür görüntü, duyğu və düşüncə olaraq izah olunur.

Niyə yuxu görürük və necə yuxu gördüyümüz mövzusunda hələ dəqiq bir elmi sübut olmasa da bu mövzuda bir çox önəmli fikirlər var.

“A24.az” bildirir ki, tanınmış avstriya alimi psixoanalizin müəllifi Ziqmund Freydin röya haqqındakı düşüncələri də psixologiyada çox vacib yerlərdən birini tutur. Freyd, röyaların məzmununun arzuladığımız şeylərlə əlaqəli olduğuna və röyalarımızın şüuraltından gələn düşüncə, davranış və arzularla ortaya çıxdığına inanırdı.

Ziqmund Freydə görə röyalarda ən çox rast gəlinən mövzular aşağıdakılardır. Freyd onların mənasını öz yanaşması ilə belə izah edirdi:

  1. Hazırlaşmadığınız bir imtahana girmək

Bu tip röya onu görən şəxsin birbaşa özü ilə əlaqəlidi. Məsələn: bir aktyor, sözlərini xatırlamadığı ya da ssenaridəki yazıları oxuya bilmədiyini yuxuda görə bilər. Bu növ röyalar insanın özünü müdafiəsiz hiss etməsi ilə əlaqəlidir.

  1. İnsanların çox olduqları məkanlarda uyğun olmayan bir geyimdə gəzmək

Bu tip röyalar utancaqlıq və ya kövrəklik hissləriylə əlaqəlidir.

  1. Röyada kimisə qovmaq və ya kiminsə sizi qovması

Bu tip röyalar adətən uşaqlarda tez-tez rast gəlinir. Balaca olduqları üçün kimlərinsə onları incidəcəyindən qorxduqları üçün belə röyalar görə bilərlər. Böyüklərdə isə bu röyalar, röyanı görənin stress altında olduğuna bir işarədir.

  1. Yıxılmaq

Yıxılmaq, hazırki vəziyyətinizdən hədsiz dərəcədə bezmiş olduğunuzu, yorulduğunuzu və artıq nəzarət etməyə çətinlik çəkdiyinizi ifadə edir.

5. Yolda itmək

Bu tip röya, adətən şəxsin bir şeylər əldə etməyə ya da bir yol tapmağa çalışdığını və bunu necə edəcəyindən əmin olmadığını izah edir.

6. Bir dişini itirmək

Bu röya, bir münasibətdə duyulmadığını və ya görülmədiyini hiss etməyi ya da qəzəb duyğularını ifadə edər.

7. Təbii fəlakətlər

Bu röya, şəxsi problemlərdən çox yorulmuş olmağı və hadisələrin artıq nəzarətdən çıxdığı duyğusunu ifadə edər.

8. Uçmaq

Hansısa bir vəziyyətdən qurtulmaq, qaçmaq, azad olmaq arzularının ifadəsidir.

9. Ölmək ya da yaralanmaq

Bu röya, röyanı görən şəxsin həyatında artıq yaxşı olmayan və sona yaxınlaşan bir şəxsi münasibətin olduğunu ifadə edər.

10. Maşının idarəsini itirmək

Bu tip bir röya, stress və ya qorxu içində olduğunuza bir işarədir.

P.S: Biz yatan zaman yuxuda oluruq. Yuxu zamanı gördüklərimiz isə röya adlanır.Yəni bizim öyrəşdiyimiz və çox işlətdiyimiz “yuxu görmək” termini əslində “röya görmək”di. Ona görə də məqaləni yazarkən bu termindən istifadə etdim.

 

pcc.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar