Bu icra başçısı həbs edildi-FOTO

Bu icra başçısı həbs edildi-FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Dağıstanda aparılan genişmiqyaslı istintaq tədbirləri çərçivəsində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Dərbənd rayonunun başçısı Məhəmməd Cəlilovu saxlayıb.

A24.az  xəbər verir ki, bu barədə “Кавказский узел” məlumat yayıb.

Məlumata görə, Dərbənd başçısı torpaq sahələrinin ayrılması ilə bağlı maxinasiyalarda şübhəli bilinir.

Cəlilov dindiriləndən dərhal sonra saxlanılıb. O, 2015-ci ildən bəri Dərbənd rayon Administrasiyasının rəhbəri olub.

Məlumata görə, Dərbənd başçısı ilə yanaşı, onun qardaşı, yerli meşə təsərrüfatı idarəsinin rəhbəri Zülfitdin Cəlilov da polisin nəzarətinə götürülüb.

Bundan əvvəl hüquq-mühafizə orqanları rayon administrasiyasında axtarış apararaq, torpaq təsərrüfatı ilə bağlı sənədləri müsadirə edib.(oxu.az)

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar