Bu iki bank əmanətçilərinin kompensasiyalarını verməyə başlayıb

Bu iki bank əmanətçilərinin kompensasiyalarını verməyə başlayıb
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gündən “Qafqaz İnkişaf Bankı” və “Atrabank”ın əmanətçilərinə kompensasiyaların verilməsinə başlanılır.

“A24.az” APA-ya istinadən xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondu (ADİF) 22 avqust 2016-cı il tarixdən etibarən kompensasiyaların ödənilməsi prosesini “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC vasitəsilə həyata keçirəcək. Fond əmanətçilərə kompensasiyaların ödəniş yeri haqqında daha dəqiq məlumat verəcək.

ADİF “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 (otuz) min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir, 30 min manatdan çox olan hissə isə ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli,  07/3 və  07/1 saylı qərarı ilə “Atrabank” və “Qafqaz İnkişaf Bankı”na bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq, 14 avqust 2007-ci il tarixdə 30 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Atrabank” və 10 sentyabr 2007-ci il tarixdə 33 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Qafqaz İnkişaf Bankı” 28 yanvar 2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Fondun üzv bankların reyestrindən çıxarılıb və onlara verilmiş şəhadətnamə ləğv edilib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)1594/2016 saylı qərardadına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş ərizə təmin olunmaqla Mərkəzi Bankın “Qafqaz İnkişaf Bankı” və “Atrabank”ın iflas proseduruna dair ərizəsi qüvvədə qalıb və hər iki bankda sığorta hadisəsi baş verib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar