A24 Xeber

Bu iki ÖLKƏDƏ eyni gündə ZƏLZƏLƏ OLDU

Bu iki ÖLKƏDƏ eyni gündə ZƏLZƏLƏ OLDU
25
24 Aprel 2018 - 9:21

Nikaraqua sahillərində güclü zəlzələ baş verib.

A24.Az xəbər verir ki, ABŞ Geoloji Xidməti yeraltı təkanların 5,6 bal gücündə qeydə alındığını bildirib.

Zəlzələ Çinandeqa şəhərindən 68 kilometr məsafədə, yerin 47 kilometr dərinliyində baş verib.

İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.

Türkiyənin Adıyaman şəhərində 5,5 bal gücündə zəlzələ olub.

“Anadolu” agentliyi xəbər verir ki, məlumatı ölkənin Təbii Fəlakət və Fövqaladə halar Nazirliyi yayıb.

Yeraltı təkanlar 9,17 km dərinlikdə qeydə alınıb. Təbii fəlakət nəticəsində 13 nəfər yaralanıb.

Hadisə barədə hələlik əlavə məlumat yayılmayıb.

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00