A24 Xeber

Bu il Azərbaycandan təkrar Həccə gedənlərin sayı açıqlandı

Bu il Azərbaycandan təkrar Həccə gedənlərin sayı açıqlandı
42
30 İyul 2018 - 17:16

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərin sənədləri qəbul edilib.

“A24.az” bildirir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat verib.

Qeyd edilib ki, artıq sənədlərin qəbulu başa çatıb. Zəvvarlardan 30-a yaxını təkrar ziyarət edənlərdir. Həccə gedənlər avqustun 11-dən 15-ə qədər yola düşəcəklər, qayıtma vaxtı isə sentyabrın 1-dən 4-ə qədər yekunlaşacaq. Zəvvarlar 8 təyyarə ilə yola salınacaq.

Həcc ziyarətinin qiyməti isə 4150 dollar təşkil edir. Səudiyyə Ərəbistanı qanunlarına əsasən, son 4 il ərzində ardıcıl ziyarətə gedənlər əlavə 535 dollar ödəməlidir. Yəni, əgər bir şəxs son 4 ildə hər il Həcc ziyarətinə gedibsə və bu il də gedirsə, əlavə məbləğ ödəməlidir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00