Bu ilin ƏN YAXŞI 5 smartfonu- SİYAHI

Bu ilin ƏN YAXŞI 5 smartfonu- SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

Bu ilin yazında müxtəlif cihazların təqdimatları baş tutub.

A24.Az-ın Vevby.ru saytına istinadən məlumatına görə, bununla əlaqədar mütəxəssislər təhlil apararaq, bu ilin yayının ən yaxşı telefonlarının TOP-5-ni tərtib ediblər.

Birinci yeri “Samsung Galaxy S9 Plus” smartfonu tutub. “Galaxy S9 Plus”u 60 min rubla və ya 966 dollara, yaxud da 1638 manata əldə etmək mümkündür. Telefon 12 meqapiksel ikili kamera ilə təchiz edilib. Məlumdur ki, cihazın kamerası hətta pis şəraitdə keyfiyyətli şəkillər çəkə bilir. Əsas kamera həmçinin kiçik ləngidilmiş çəkilişlərdə videoçarxların yazılmasında istifadə edilə bilir.

TOP-5-in ikinci yerində “Sony Xperia XZ2” smartfonu qərarlaşıb. Bu smartfon alıcıları qeyri-standart dizaynı və ABŞ-ın “Qualcomm” şirkətinin istehsalı olan “Snapdragon 845” prosessoru ilə cəlb edir.

Üçüncü yeri genişbucaqlı kameraya malik “LG G7 ThinQ” smartfonu tutur. Dördüncü yerdə üç kameralı “Huawei P20 Pro” smartfonu gəlir. Beşliyi isə “ASUS Zenfone 5Z” smartfonu qapayır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar