Bu KOMİTƏ həm müsbət, həm də mənfi xəbərləri ilə medianı silkələdi - ANALİZ

Bu KOMİTƏ həm müsbət, həm də mənfi xəbərləri ilə medianı silkələdi – ANALİZ
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin fevral ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

“A24.az” Media Təqib Mərkəzinə istinadən dövlət komitələri ilə bağlı fevral ayı üzrə məlumatları təqdim edir:

2017-ci ilin fevral ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 8538 xəbər yerləşdirilib. Bunlardan 39-u mənfi, 756-sı müsbət və 7743-ü isə neytral xəbərlərdir.

Mənfi xəbərlər Əmlak Məsələləri Dövlət Komitəsi (20 xəbər – komitənin hərrac illüziyası) və Dövlət Gömrük Komitəsinə (19 xəbər – “Gömrük işçiləri sahibkarı necə soydu?” başlıqlı xəbərlər) məxsusdur. Həmçinin müsbət xəbərlərlər də Dövlət Gömrük Komitəsi (721 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alması) və Əmlak Məsələləri Dövlət Komitəsinə (35 xəbər – komitə torpaq istifadəsində qanun pozuntusu aşkarlayıb) aiddir.

Xəbər sayına görə sıralama:

1 Dövlət Gömrük Komitəsi 1950 xəbər
2 Dövlət Statistika Komitəsi 1515 xəbər
3 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 1351 xəbər
4 Əmlak Məsələləri Dövlət Komitəsi 1031 xəbər
5 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 809 xəbər
6 Diasporla İş üzrə Dövlət Komitəsi 799 xəbər
7 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 529 xəbər
8 Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 416 xəbər
9 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 111 xəbər
10 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 17 xəbər


Yazılı mətbuatda
(qəzet və jurnallarda) bu sektorla əlaqəli 1399 xəbər dərc edilib. Bu xəbərlərdən 1346-sı neytral,  53-ü müsbətdir. Müsbət xəbərlər Dövlət Gömrük Komitəsinə (53 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alması) məxsusdur. Fevral ayında yazılı mətbuatda mənfi xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 271 xəbər
2 Dövlət Gömrük Komitəsi 246 xəbər
3 Əmlak Məsələləri Dövlət Komitəsi 194 xəbər
4 Dövlət Statistika Komitəsi 194 xəbər
5 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 178 xəbər
6 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 127 xəbər
7 Diasporla İş üzrə Dövlət Komitəsi 114 xəbər
8 Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 52 xəbər
9 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 21 xəbər
10 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 1 xəbər

Fevral ayında televiziya kanallarında komitələr haqqında 284 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1 Əmlak Məsələləri Dövlət Komitəsi 75 xəbər
2 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 73 xəbər
3 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 54 xəbər
4 Dövlət Gömrük Komitəsi 36 xəbər
5 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 21 xəbər
6 Dövlət Statistika Komitəsi 12 xəbər
7 Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 5 xəbər
8 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 3 xəbər
9 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 3 xəbər
10 Diasporla İş üzrə Dövlət Komitəsi 2 xəbər

Əlaqə:+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Media
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar