Bu komitə hərtərəfli "lider"dir - Həm pisi, həm də yaxşısıyla...

Bu komitə hərtərəfli “lider”dir – Həm pisi, həm də yaxşısıyla…
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.

“A24.az” Media Təqib Mərkəzinə istinadla dövlət komitələri ilə bağlı iyul ayı üzrə məlumatları təqdim edir:

2018-ci ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 7396 xəbər yerləşdirilib. Bunlardan 550-si müsbət, 19-u mənfi və 6827-si isə neytral xəbərlərdir. Müsbət xəbərlər Dövlət Gömrük Komitəsi (448 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısının alınması), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (65 xəbər – Komitə tərəfindən Bakıda daha bir binanın qanunsuz tikintisi dayandırıldı) və Əmlak Məsələləri Dövlət Komitəsinə (37 xəbər – Xəzər sahilində qanunsuz tikinti işləri dayandırılır) aiddir. Mənfi xəbərlər isə Dövlət Gömrük Komitəsinə (19 xəbər – Gömrüyün özbaşınalığına son qoyan tapılmır – ŞİKAYƏT) məxsusdur.

Xəbər sayına görə sıralama:

1 Dövlət Gömrük Komitəsi 2065 xəbər
2 Dövlət Statistika Komitəsi 1372 xəbər
3 Əmlak Məsələləri Dövlət Komitəsi 1165 xəbər
4 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 948 xəbər
5 Şəhərsalma və Arxitektura Komitəsi 500 xəbər
6 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 482 xəbər
7 Diasporla İş üzrə Dövlət Komitəsi 475 xəbər
8 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 389 xəbər
9 Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 2 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1210 xəbər dərc edilib. Bu xəbərlərdən 1154-ü neytral, 56-sı isə müsbətdir. Müsbət xəbərlər arasında Dövlət Gömrük Komitəsi (48 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısının alınması) liderdir. İyul ayında bu sektorla bağlı yazılı mətbuatda mənfi xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1 Dövlət Gömrük Komitəsi 306 xəbər
2 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 226 xəbər
3 Əmlak Məsələləri Dövlət Komitəsi 222 xəbər
4 Dövlət Statistika Komitəsi 145 xəbər
5 Diasporla İş üzrə Dövlət Komitəsi 100 xəbər
6 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 95 xəbər
7 Şəhərsalma və Arxitektura Komitəsi 73 xəbər
8 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 51 xəbər
9 Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 1 xəbər

İyul ayında televiziya kanallarında komitələr haqqında 549 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1 Dövlət Gömrük Komitəsi 223 xəbər
2 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 107 xəbər
3 Əmlak Məsələləri Dövlət Komitəsi 64 xəbər
4 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 43 xəbər
5 Dövlət Statistika Komitəsi 42 xəbər
6 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 38 xəbər
7 Diasporla İş üzrə Dövlət Komitəsi 20 xəbər
8 Şəhərsalma və Arxitektura Komitəsi 12 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Media
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar