A24 Xeber

Bu küçədə hərəkət tam məhdudlaşdırılır

Bu küçədə hərəkət tam məhdudlaşdırılır
16
16 İyul 2018 - 11:32

Bakıda küçələrin birində hərəkət tam məhdudlaşdırılacaq.

“A24.az” xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Mir Cəlal küçəsinin yenidən qurulması işləri çərçivəsində iyulun 16-dan 17-nə keçən gecədən səhər saatlarınadək (00:00 – 05:00) yüksək gərginlikli elektrik xətlərinin dirəklərinin sökülməsi işləri aparılacaq. Bununla əlaqədar olaraq küçə boyu hərəkət tam məhdudlaşdırılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Yaranan müvəqqəqi narahatlığa görə Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00