Bu maşınların qiyməti bahalaşdı - SİYAHI

Bu maşınların qiyməti bahalaşdı – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

Avtomobil bazarında işlənmiş maşınların qiyməti qalxıb.

A24.az xəbər verir ki, buna səbəb onların az yanacaq sərf etməsi və təzə maşınların yüksək qiymətə təklif edilməsidir.

Hazırda bazarlarda “Mersedes”, “Nissan Tida”, “Kia rio”, “Hunday aksent”, “Opel”, “Şevrolet” markalı işlənmiş maşınlara tələbat çoxdur.

Paytaxtda taksi firmalarının sayının artması və sürücülərin işlənmiş maşınlar alaraq onlarla işləməsi bazarda ikinci əl avtomobillərin qiymətinə təsir edib.

Ona görə də 2008-ci il istehsalı olan “Nissan Tida” 2016-cı ildə 6500-7000 manat idisə, indi 12000-14000 manat civarında satılır.

“Hunday aksent” markalı maşınların da qiyməti dəyişib. 2012-ci ilin istehsalı olan bu avtomobillər 20 000 manatadır.

Taksi şoferlərinin çox istifadə etdiyi “Opel Astra” markalı maşınları hazırda 1998 istehsalı 7000 manata, ili təzə olan, məsələn 2007 buraxılışı 11 000 manatadır.

“Şevrolet Aveo” 9000-12000 manat, “Mersedes 180” markalı 14000-15000 manatdır.

Axar.az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar