A24 Xeber

Bu məşhur mağazalar şəbəkəsində istehlakçı hüquqları göz görə-görə pozulur – FOTOLAR

Bu məşhur mağazalar şəbəkəsində istehlakçı hüquqları göz görə-görə pozulur – FOTOLAR
1. 365
30 Mart 2017 - 12:00

Azərbaycanda satılan qida məhsullarının etiketlənməsində olan problemləri bundan əvvəlki yazımızda diqqətinizə çatdırmışdıq.

Azərbaycan Respublikasının Yeyinti məhsulları haqqında qanunda bildirilir ki, yeyinti məhsullarının istehsalçıları istehsal etdikləri məhsulları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq normativ sənədlərə və ticarət qaydalarına uyğun olaraq qablaşdırmalı və etiketləşdirməlidirlər. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən yeyinti məhsullarının üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır”.

Realda bu qanuna əməl edilmir. Paytaxtda fəaliyyət göstərən məşhur mağazada bir çox qida məhsullarının üzərində Azərbacan dilində heç bir məlumat verilmir. Bununla da istehlakçıların hüquqları kobud şəkildə pozulur. Alacağı məhsulun tərkibində nələrin olduğunu bilmək istəyən şəxs, məcburən dil bilgisi varsa başqa dildə oxuyub anlamalı olur. Yoxdursa…

Paytaxtın mərkəzi küçələrində fəaliyyət göstərən Kontinental Mağazalar Şəbəkəsində  istehlakçı hüquqları kütləvi şəkildə pozulur.

Belə ki,  mağazaya girdiyimizdə məhsulların çox az hissəsində, Azərbaycanda istehsal edilən mallar istisna olmaqla etiketləşdirmədə Azərbaycan dilində məlumata rast gəlmədik.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da faktı təsdiqlədi və A24.Az-a açıqlamasında bildirdi ki,  Kontinetal Mağazalar Şəbəkəsində satılan məhsulların 65 faizinin etiketində Azərbaycan dilində məlumat verilməyib. 

Faktı öz gözlərimizlə də gördük. Qeyd edək ki, bu marketlərin alıcılıranın əksəriyyəti xarici vətəndaşlardır. Piştaxtalarda Avropa ölkələrindən gətirilən məhsulları görmək mümkündür. Amma bir şeyi nəzərimizdən qaçırdırıq. Biz hansısa xarici vətəndaş üçün məhsul satanda öz qanunlarımızı pozur, öz dilimizə belə hörmət etmirik. Bu gün Almaniyada və ya Fransada Azərbaycanın ixrac etdiyi məhsulları alarkən qablaşdırmada mütləq qida haqqında ölkənin dilində etiketin olduğunu görərik. Avropadan ixrac edilən və Azərbaycanda bəh-bəhlə alıcılara təqdim edilən məhsullarda isə həm qanunlarımız pozulur, həm də özümüzə olan hörmətimiz.

 

 Qanun və faktlar göz önündə olmağına baxmayaraq biz yenə də İqtisadi İnkişaf Nazirliyi və Kontinental Mağazalar Şəbəkəsi ilə əlaqə saxlasaq da yetərli açıqlama ala bilmədik.

A24.Az

 

 

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00