A24 Xeber

Bu məsləhəti mütləq yoxlayın: İftarda ballı su içsəniz…

Bu məsləhəti mütləq yoxlayın: İftarda ballı su içsəniz…
82
26 May 2018 - 17:31

Ramazanın artıq ikinci həftəsini yaşayırıq. 

“A24.Az” xəbər verir ki, bu məsləhətlərdən biri də iftarı bal ilə açmaqdır.

Məhz bu dövrdə təbii bal qəbul etmək xəstəliklərə qarşı bir qalxan rolunu oynayır.

Toxluq hissi verir, metabolizmaya faydalıdır

Ramazan ayında həzm sistemi və mədəmiz fərqli işləyir. Bal bu dövrdə həzmi asanlaşdırır. Bal eyni zamanda metabolik stresi də azaldır.
Təbii bal qara ciyərdən toksinləri təmizləyir. Eyni zamanda yuxunu da normala salır.

Orucu bal və şərbətlə açmaq

Orucu bal və şərbətlə açmaq mədəyə xeyirdir. Boş mədəyə qəbul edilən bal mədə turşusunu neytrallaşdırır. Bal qəbzliliyin qarşısını alır, qanı təmizləyir, damarları genişləndirir. Bundan başqa ürəyi qüvvətləndirir, yağ həzmini asanlaşdırır.

 

Sahurda bal yemək

Sahurda iki çay qaşığı bal yemək lazımdır. Çaya bal əlavə edib içmək gün ərzində susuzluq hissinin qarşısını alır. İlıq suya 1 çay qaşığı bal əlavə edib içmək isə bağırsaq hərəkətlərini artırır və orqanizmin şişkinliyinin qarşısını alır./olke.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00