A24 Xeber

Bu meyvə şirəsini həyatınıza mütləq DAXİL EDİN:İmmun sistemi, qanda xolesterin, ürək-damar…

Bu meyvə şirəsini həyatınıza mütləq DAXİL EDİN:İmmun sistemi, qanda xolesterin, ürək-damar…
69
12 May 2018 - 18:29

Əslində bir çox xəstəliklərin müalicəsində və ya qarşısının alınmasında təbiət özü bizə imkanlar təqdim edir. 

A24.Az xarici KİV-lərə istinadla xəbər verir ki, mütəxəssislərin fikrinə görə, ən faydalı şirə albalı şirəsidir. O, immun sisteminə müsbət təsir edir, qanda xolesterinin səviyyəsini aşağı salır, ürək-damar sistemi xəstəliklərindən qoruyur.

Həmçinin albalı şirəsi maddələr mübadiləsi proseslərini aktivləşdirərək artıq çəki ilə mübarizə etməyə kömək edir.

Mütəxəssislər hər gün 1 stəkan albalı şirəsini içməyi tövsiyə edir. Lakin onu da nəzərə almaq lazımdır ki, mədə-bağırsaq xəstəlikləri olan insanlara bu şirə ziyan vura bilər.

Mütəxəssislər müxtəlif şirələr hazırladıqda meyvə, tərəvəzlər və giləmeyvələri şirəçəkəndən deyil, az miqdarda su əlavə etməklə blenderdən keçirməyi tövsiyə edir. Bu halda meyvə və tərəvəzlərin tərkibində olan qidalı liflər saxlanılır və bu da şirəni daha faydalı edir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00