Bu meyvənin şirəsi XƏRÇƏNGƏ QARŞI qoruyur

Bu meyvənin şirəsi XƏRÇƏNGƏ QARŞI qoruyur
Want create site? Find Free WordPress Themes and plugins.

Xərçəngə qarşı qoruyur

A24.Az xəbər verir ki, ən əhəmiyyətli xroniki narahatlıqlardan biri olan xərçəngə qarşı qorunma təmin edən şaftalı suyu şiş əleyhinə təsiri sayəsində sərbəst radikalların səbəb olduğu DNT ziyanını əngəlləyir. Sərbəst radikalların verdiyi zərərləri əngəlləyən fenol, flavanoid və karotenoidlər baxımından olduqca zəngin olan şaftalı suyu xüsusilə sinə, ağciyər və yoğun bağırsaq xərçənginə qarşı qoruma təsiri yaradır.

Daha sağlam gözlər

Şaftalı suyunun faydaları arasında göz sağlamlığını qoruması da var. Göz sağlamlığını qoruyan beta karotinlər və karotenoidlər baxımından zəngin olan şaftalı suyu kataraktı önləməsi ilə yanaşı, yaşla birlikdə ortaya çıxan makiler generasiyasını da yavaşlatmağa köməkçi olur.

Dəri sağlamlığında təsirlidir

Dəri müalicəsində həm daxildən, həm də xaricdən böyük bir təsir təmin edən şaftalı suyu, tərkibindəki C vitamini sayəsində dərinin yenilənməsində böyük bir rol oynayır.

Həzm sistemini nizamlayır

Yoğun bağırsaq xərçəngini önləyən quruluşu sayəsində həzm sistemini də nizamlayan şaftalı suyu yüksək nisbətdə lif ehtiva etməsi səbəbilə, hemoroid və qastrit kimi mədə narahatlıqlarını da önləyir.

Arıqlamağa kömək edir

Bədəndə bir çox problemin əsas səbəbi olan artıq çəkilərdən şaftalı suyu ilə birlikdə qısa müddətdə xilas olmanız mümkündür. İdmandan sonra olduqca faydalı bir qida olan şaftalı, lif ehtiva etməsi səbəbilə uzun müddət tox qalmağı təmin edərək çox yeməyinizin qabağını alır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar