A24 Xeber

Bu MÖCÜZƏNİ siz də tanıyın: A, B və E vitaminləri ilə zəngin bitki…

Bu MÖCÜZƏNİ siz də tanıyın: A, B və E vitaminləri ilə zəngin bitki…
74
09 Avqust 2018 - 11:51

Qarğıdalı A, B və E vitamini baxımından zəngin bir bitki mənşəli mənbədir.

Yüksək miqdarda lif tərkibinə malik olan qarğıdalı, karotin baxımından da zəngindir. Həmçinin qarğıdalı sağlamlığımız üçün əvəzsiz olan maqnezium, manqan, dəmir və mis mineralları baxımından da yaxşı bir qida mənbəyidir.

Qarğıdalının sağlamlığa faydaları nələrdir?

A24.Az xəbər verir ki, bol miqdarda lif ehtiva edən qarğıdalı həzm sistemi xəstəliklərinin, o cümlədən qəbizlik, babasil, bağırsaq xərçəngi kimi xəstəliklərin  qarşısını alır. Antioksidantlarla zəngin olan qarğıdalı bu sayədə antikanserogen qida mənbəyidir.

Qarğıdalı Alzheymer xəstəliyi və ürək xəstəliklərinin riskini azaldır. Yüksək təzyiqi tənzimləməyə yardım edir, anemiya riskini azaldır, xolesterolu və şəkəri aşağı salır.

Təzə qarğıdalı böyrəkləri qum və daşlardan təmizləməyə kömək edir.

Qarğıdalı ödqovucu xüsusiyyətlərə malikdir və bu səbəbdən onun istehlakı qaraciyər və öd kisəsinə müsbət təsir edir.

Tərkibində olan kalsium və fosfor sümük və oynaqların sağlamlığını qoruyur.

Qarğıdalı həmçinin mübadilə proseslərini də yaxşılaşdırır, ürək və damarları möhkəmləndirir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00