Bu müəllimlərin imtiyazları artırıldı - VİDEO

Bu müəllimlərin imtiyazları artırıldı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Kənd məktəblərində dərs deyən müəllimlərin imtiyazları artırılır.

Bununla bağlı Nazirlər Kabineti yeni qərar verib.

2010 və 2014-cü ildə kənd məktəblərdə dərs deyən müəllimlərin imtiyazları ilə bağlı Nazirlər Kabinetinin qərarı ilə indiki qərar arasında fərq var.

Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirir ki, yenilik bu kateqoriyadan olan müəllimlərə bir sıra üstünlüklər verir.

Dəyişiklik “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” qərarda əksini tapıb. Onu da qeyd edək ki, hazırda kənd yerlərində dərs deyən müəllimlər 60 manat həcmində kirayə pulu alırlar. 2014-cü ildən qəbul edilən qaydaya görə bundan əlavə vəsaitlər də hesablanır.

Müsabiqədən yeni keçərək kənd məktəblərinə təyinat alan müəllimlərə ilk aydakı maaşlarında iki aylıq maaş miqdarında əlavə vəsait yüklənir. Bu müəllimlərin həmin yerdə məskunlaşmasına yardım etmək məqsədilə edilir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar