A24 Xeber

Bu müsəlman ölkəsində insanlar DUA ETDİ – Yağışın yağması üçün…

Bu müsəlman ölkəsində insanlar DUA ETDİ – Yağışın yağması üçün…
48
23 Aprel 2018 - 14:05

Türkiyənin Afyonkarahisar Sandıklı bölgəsində yerləşən Susuz kəndində yaşayan hər kəs yağışın yağması üçün dua edib.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, kənddə yaşayan sakinlər namazdan sonra yağmur duası edib.

Kəndin yaxınlığında yerləşən məzalığın boş sahəsində toplaşan kənd əhalisinin duasına digər yerlərdən gələn insanlar da qatılıb. Əvvəlcə iki rekat namaz qılan kəndlilər yağışın yağması və əkdiklərinin bərəkətli olması üçün əllərini açaraq dua ediblər.

Kəndin imamı olan Murat Özer isə hər il bu duanı etdiklərini bildirib:

“Bu il də kənd camaatı ilə birlikdə yağmur duasını etmiş olduq. Biz bu duanı uzun illərdir ki, edirik. Peyğəmbərimizin sünnətidir. Belə sıxıntılı anlarda əl açıb Allaha yalvarmalı və dua etməliyik. Bütün kəndələrimizdə bu duanın edilməsini ürəkdən istəyirəm” deyə bildirib.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00