A24 Xeber

Bu Nazirlikdən əhali narazıdır – HESABAT

Bu Nazirlikdən əhali narazıdır – HESABAT
310
01 Mart 2018 - 12:58

 

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin fevral  ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi nazirlikler ilə bağlı fevral ayı üzrə məlumatları təqdim edir.

2018-ci ilin fevral ayında elektron mətbuatda, yəni sayt və portallarda nazirliklər ilə əlaqəli

43546 xəbər yerləşdirilib. Bunlardan 40847-si neytral, 2007-si müsbət, 292-si isə mənfi xəbərdir.

Müsbət xəbərlər arasında “liderlər”:  Daxili İşlər Nazirliyi ( 1703 xəbər – qanunsuzluqlar aşkar edilib), Fövqəladə Hallar Nazirliyi ( 327 xəbər -FHN-dən restoranın borusuna düşənlə bağlı açıqlama ),Ekologiya və Təbii Sərvətlər Nazirliyi ( 103 xəbər – İmişlidə qanunsuz ağac kəsilməsi faktları aşkarlanıb).

Mənfi xəbərlər arasında lider: Kənd Təsərrüfatı Nazirliyi ( 52 xəbər – Kənd Təsərrüfatı Nazirliyinin bəzi səlahiyyətləri ləğv olunur), Maliyyə Nazirliyi (45 xəbər), Ekologiya və Təbii Sərvətlər Nazirliyi ( 35 xəbər – üç nazirlik və bir komitə bu səlahiyyətini itirdi – nazirlər kabinetindən qərar).

Xəbər sayına görə sıralama:

1Daxili İşlər Nazirliyi5523 xəbər
2Ekologiya və Təbii Sərvətlər Nazirliyi5317 xəbər
3Müdafiə Nazirliyi4181 xəbər
4Təhsil Nazirliyi3133 xəbər
5Səhiyyə Nazirliyi2722 xəbər
6Fövqəladə Hallar Nazirliyi2719 xəbər
7İqtisadiyyat Nazirliyi2557 xəbər
 8Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi2472 xəbər
9Vergilər Nazirliyi2369 xəbər
10Maliyyə Nazirliyi2283 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 7883 xəbər dərc edilib.

Bunlardan 7719-u neytral,164-ü isə müsbət xəbərdir.

Müsbət xəbərlər arasında lider: Daxili İşlər Nazirliyi  (131 xəbər – qanunsuzluqlar aşkar edilib) , Ekologiya və Təbii Sərvətlər Nazirliyi (11 xəbər – qanunsuz yolla alda edilmiş meşə materialları aşkarlanıb), Fövqəladə Hallar Nazirliyi (7 xəbər -FHN dağda köməksiz qalmış 4 nəfəri xilas edib ).

Xəbər sayına görə sıralama:

1Daxili İşlər Nazirliyi918 xəbər
2Təhsil Nazirliyi677 xəbər
3İqtisadiyyat Nazirliyi672 xəbər
4Ekologiya və Təbii Sərvətlər Nazirliyi632 xəbər
5Xarici İşlər Nazirliyi599 xəbər
6Mədəniyyət və Turizm Nazirliyi585 xəbər
7Ədliyyə Nazirliyi549 xəbər
8Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi494 xəbər
9Müdafiə Nazirliyi482 xəbər
10Səhiyyə Nazirliyi456 xəbər

Fevral ayında televiziya kanallarında nazirliklər haqqında 3597 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1Mədəniyyət və Turizm Nazirliyi337 xəbər
2Müdafiə Nazirliyi335 xəbər
3Gənclər və İdman Nazirliyi331 xəbər
4Xarici İşlər Nazirliyi327 xəbər
5İqtisadiyyat Nazirliyi299 xəbər
6Təhsil Nazirliyi290 xəbər
7Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi289 xəbər
8Səhiyyə Nazirliyi272 xəbər
9Kənd Təsərrüfatı Nazirliyi230 xəbər
10Daxili İşlər Nazirliyi226 xəbər

A24.az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00