Bu Nobelçinin poeziyası Homer, Hötenin əsərlərilə müqayisə edilir

Bu Nobelçinin poeziyası Homer, Hötenin əsərlərilə müqayisə edilir
Want create site? Find Free WordPress Themes and plugins.
Əyyub Qiyas

A24.Az “Nobelçilər” silsiləsindən ədəbiyyat üzrə 1919-ci il Nobel laureatını təqdim edir. Tərcüməçi, yazıçı Əyyub Qiyasın tərcüməsində: “Ədəbiyyat üzrə Nobelçi: Karl Şpitteler (ədəbi təxəllüsü Karl-Feliks Tandem)”

İsveçrəli şair, yazıçısı və darmaturq Karl Şpitteler (ədəbi təxəllüsü Karl-Feliks Tandem) 1845-ci ilin 24 aprel tarixində Bazel yaxınlığındakı kiçik əyalət şəhəri olan Listalda, dövlət məmuru ailəsində dünyaya göz açıb. 1849-cu ildə atası İsveçrə Konfederasiyasına xəzinədar təyin edildikdən sonra gələcək yazıçının ailəsi Bernə köçüb, Karl isə Bazeldə, bibisinin yanıda qalıb və bir neçə ildən sonra yerli gimnaziyaya daxil olaraq, universitetə xüsusi hazırlıq kursu keçib.
Karl Şpitteler uşaq yaşlarında musiqi və rəssamlığa böyük maraq göstərib. Gimnaziyada təhsil aldığı dövrdə filoloq V.Vakernageldən və tarixçi Yakob Burqharddan dərs alıb və epik poyeziyaya vurğunluq nümayiş etdirib, intibah dövrünün şairi Lüdovik Aristonun yaradıcılığı ilə tanış olub.
1863-cü ildə atasının təkidi ilə Sürix universitetinin hüquq fakiültəsinə daxil olub. 1863-1870-ci illər ərzində Sürixdə, Heydelberqdə və Bazeldə məntiq elmi ilə maraqlanıb.
Təhsilini başa vurduqdan sonra maddi imkanını artırmaq naminə bir müddət ədəbi fəliyyətdən imtina edib. 1871-ci ildə keşiş işləmək üçün Peterburqa gedib və 8 il ərzində rus generallarından birinin evində ailə müəllimi işləyib. Vaxtaşırı Finlandiyaya gedib və həmin müddət ərzində “PROMETEY VƏ EPİMETEY” (“Prometheus und Epimetheus”, 1881) poemasını qələmə alıb.1879-cu ildə yenidən İsveçrəyə qayıdıb.
Vətənə qayıtdıqdan sonra şəxsi vəsaiti hesabına Karl-Feliks Tandem ləqəbi ilə “Prometey” poemasını nəşr etdirib və kitab ona böyük şöhrət qazandırıb. Bu poemadan sonra ədəbi yaradıcılıqla maddi ehtiyacların ödənilməsinin mümkünlüyünü dərk edən şair, həyatını bütövlüklə ədəbi yaradıcılığa həsr edib.
1881-ci ildə Noyvevildə (Berndə inzibati ərazi) müəllimlik fəaliyyətinə başlayan Karl Şpitteler, iki ildən sonra şagirdi Mari der Hoff ilə ailə qurub.
Bazeldə və Sürixdə çıxan qəzetlərdə jurnalist işləyib və ədəbi yaradıcılıqla məşğul olmağa davam edib.
1892-ci ildə şairin həyat yoldaşı böyük miras sahibi olduqdan sonra ailə Lyüsernə köçüb və Şpitteler orada həyatını bütünlüklə ədəbiyyata həsr etmək imkanı qazanıb. 1887-ci ildə Niçşe onu Münhendə nəşr olunan “KUNSTVART” dərgisinə redaktor vəzifəsinə dəvət edib. 1900-cü ildə şairin “OLİMPİYA BAHARI” poeması nəşr olunub və bu poema ilə Karl Şpitteler dövrünün dünya şöhrətli şairləri sırasında yer alıb.
Bununla belə o, tənhalığa çəkilərək yaşamağa üstünlük verib və siyasi mövzuda fikir söyləməkdən kənarda qalmağa çalışıb. Amma siyasi düşüncələrni sona qədər içində mühafizə edə bilməyən Şpitteler 1914-cü ildə İsveçrənin Almaniya ilə müttəfiqliyinə qarşı fikirlərini bəyan edib və İsveçrənin bu siyasi hadisələrdə neytral qalmasını müdafiə edib. Bununla da bir vaxtlar onu müdafiə edən alman ruhlu insanların dəstəyindən məhrum olub. Lakin bütün bunlara baxmayaraq 1916-cı ildə “Fransızdilli Yazıçılar Cəmiyyəti” ictimai birliyinin medalı ilə təltif olunub.
75 yaşlı şair, yazıçı və dramatirq 1919-cu ildə aldığı ədəbiyyat üzrə on doqquzincu Nobel mükafatı ilə tarixə düşüb. Karl Şpitteler xəstəliyi üzündən mükafatı almağa gedə bilmədiyi üçün, mükafat İşveçrənin İsveçdəki səfirinə təqdim olunub. Karl Şpittelerə bu mükafat “Əvəzolunmaz “Olimpiya baharı” eposuna görə” təqdim olunub.
İsveçrəli şair, yazıçı və daramturq Karl Şpitteler 1924-cü ildə Lüserndə vəfat edib. Romen Rollan Karl Şpittelerin yaradıcılığına böyük qiymət verib, böyük İsveçrə şairinin ölümü ilə bağlı geniş nekroloqunda onun əsərlərini Homerin və Hötenin yaradıcılığı ilə müqayiqə edib.
Oxuculara isveçrəli Nobel mükafatçısı Karl Şpittelerin iki şeirini təqdim edirik. Qeyd etmək istəyirik ki, “İlliada ilə Odisseya arasında” olan parça “Olimpiya baharı” eposundan kiçik bir hissədir.

Karl ŞPİTTELER
1845-1924 (İsceçrə)

KİLSƏ ZƏNGİNİN ŞİKAYƏTİ

Bir gün kilsə zəngi dedi orqana:
“Sənə deyiləsi sözlərim vardır,
Bil ki, dəfələrlə, səsin gələndə,
Sənin varlığına həsəd apardım!
Min səsdən yaranır qəlbində haray,
Ruhlar vəcdə gəlir həzin səsindən.
Hər kəs heyran olur eşitdiyinə,
Qulaqlar həzz alır xoş nəfəsindən.
Mənsə hər əzaba qatlaşmışam, bil,
Yüzlərlə acıdan dağlanmışam mən.
Amma gəl, bir şirin təsəllim olub –
Yeganə səsimdən güc almışam mən.
Bir kəskin harayla, qulaq batıran
Səsə sahib olmaq keçib içimdən.
Gəl ki, ağrılardan qopan xoş səsi,
Verməkçün o gücü hardan alım mən?”

İLLİADA İLƏ ODİSSEYA ARASINDA
(“Olimpiya baharı”ndan)

“Yalandır, yalnışdır yazdığın şeir.
Mənsə doğruları bilirəm, əlbət!”
İlham pərisinə baxmadı Homer.
Sakitcə, səbr ilə qalxdı ayağa.

“Doğrudan elədir? Zəhmətim bitir?”
“Bitir, o möhtəşəm, o zəngin sənət.” –
“Demək, əzablardan qurtarır canım? ” –
“Bax, özün söylədin. Bayram et daha”.

Bu yerdə ucaltdı səsini pəri:
“Dinlə sözlərimi, hökmümü dinlə:
Ölməzlik qazanan sayğı göstərir,
Onların qəlbində mərhəmət vardır.

Tiranlar da sevir şair sözlərin .
Bircə sən zalımsan, qəddarsan elə.
Hər an həyəcandan vicdanın əsir,
Hətta yuxuda da ruhun oyaqdır.

Gözlərin önündə canlanır bir-bir,
Obrazlar qısılır biri-birinə.
Sənsə doldurursan qəlbini kinlə,
Ölümcül zərbəyçün dartınır əlin.
Amma bil, bax budur dediyim fikir:
Artıq tam fərqliyik, ayrıyıq yenə”.

Şair azadlığın bayram etməkçün
Şəhərə yollanır. –A dostlar, gəlin,
Birlikdə qeyd edək biz bu bayramı.
Azadlıqdan gözəl bir duyğu varmı?

Evinə qayıdır gecə yarısı,
Durub saatlarla baş əyir qəmə.
Amma o əbədi, böyük əsəri,
Səhər tamamlayır. Ürəyindəsə
Bir boşluq hiss edir, tənhalıq duyur,
Zəhmət də, əzab da boş şeymiş demə…”

“Burdayam!” – dilləndi ilham pərisi.
Şairin önündə diz çökdü yenə.
Göz yaşı axıtdı, ruhu titrədi,
And içdi əbədi sədaqətinə.
Şairin ovcuna düşdü damlalar,
İsti göz yaşlrı, – “Bu nədir belə?”
O isə yalvardı. “Bağışla məni!
Gözlərim yaşarıb – özüm bilmədən…

Yaxşı, gəl başlayaq, vaxt itirmədən.
Sən çox lütfkarsan, sən çox həlimsən!
Mənsə köklənmişəm şair ruhuna,
Mən sənin əsirin, sənsə mənimsən!”

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar