Bu ölkədə anomal istilərə görə fövqəladə vəziyyət elan edildi

Bu ölkədə anomal istilərə görə fövqəladə vəziyyət elan edildi
Want create site? Find Free WordPress Themes and plugins.

Meksika hakimiyyət orqanları tərəfindən qeyri-adi isti hava şəraiti səbəbindən 31 ştatdan 22-də fövqəladə vəziyyət elan edilib.

“A24.az” bildirir ki, məlumatı Milli mülki müdafiə xidməti yayıb.

Qurumun məlumatına əsasən, fövqəladə vəziyyət 573 bələdiyyədə elan olunub. Onlar Aşağı Kaliforniya, Cənubi Aşağı Kaliforniya, Sonora, Nayarit, Oaxaka, Çiuaua, Koauila, Durango, San Luis potosi, Noevo leon, Tamaulipas, Verakruz, Qerrero, Tabasko, Kampeçe, Kintana Ro, Yukatan, Çyapas, Kolima, Sinaloa, Miçoakan və Puebla ştatlarında yerləşir.

Bu ştatların bəzi yerlərində temperatur 45-50 dərəcəyə çatır.

Çərşənbə günü mayın 30-u, Meksika paytaxtında son 100 ilin ən yüksək temperaturu qeydə alınmışdır. Həmin gün hərarət civə sütunu ilə 31.7 dərəcəyə qədər yüksəlib. 1919-cu ildə bu göstərici 31,2 dərəcə olaraq qeydə alınmışdır. Həkimlər bu şəraitdə insanların yanında daimi içməli su saxlamağı və açıq havada uzun müddət olmamağı məsləhət görür.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar