Bu ölkədə elektrik və qaz kəskin BAHALAŞDI

Bu ölkədə elektrik və qaz kəskin BAHALAŞDI
Want create site? Find Free WordPress Themes and plugins.

3 aydan bir tariflərə baxan təşkilat bu il bir ay tez – sentyabrın 1-də yeni qiymətlərin qüvvəyə minməsinə qərar verib

Türkiyənin Enerji Bazarlarının Tənzimləmə Təşkilatı yeni elektrik enerjisi tariflərinin müəyyən edilməsi ilə bağlı qərar qəbul edib.

A24.Az “Sözçü”yə istinadla xəbər verir ki, 3 aydan bir tariflərə baxan təşkilat bu il bir ay tez — sentyabrın 1-də yeni qiymətlərin qüvvəyə minməsinə qərar verib.

“Resmi Gazete”də yer alan məlumatda deyilir ki, elektrik enerjisi tarifləri 14,6%-lə 16,2% arasında artırılıb.

Elektrik enerjisinin birdəfəlik tarifi 15%, üçvaxtlı tariflərdə isə gündüz 15%, gecə 16,2%, pik saatlarda isə 14,6% artırılıb.

Türkiyədə təbii qazın qiymətlərində də artım olub. Belə ki, BOTAŞ-ın elan etdiyi yeni qiymətlərdə təbii qazın tarifi əhali üçün 9%, qeyri-əhali (sənaye) üçün isə 14% artırılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar