Bu ölkədə pul dövrü bitdi – Saçını kəsdirən 5 banan 2 yumurta verir

Bu ölkədə pul dövrü bitdi – Saçını kəsdirən 5 banan 2 yumurta verir
Want create site? Find Free WordPress Themes and plugins.

Hiperinflyasiya ilə böyük iqtisadi böhran içərisində olan Venesuellada insanlar qədim dövrlərdəki kimi alış-veriş etməyə başlayıb.

“A24.az” xarici mediaya istinadən xəbər verir ki, artıq ölkədə saç kəsmək üçün pul əvəzinə insanlar 5 banan və 2 yumurta verir.

Hər gün dəyişən qiymətlər, yerli pul vahidi olan Bolivarın dollar qarşısında dəyərinin aşağı düşməsi, aşağı düşən maaşlar və nağd pul sıxıntısı venesuellalıların həyatını hər ötən gün daha da çətinləşdirib. Lakin Venesuellada yaşanan böhran özüylə birlikdə qida qıtlığının da yaranmasına səbəb olub.

“Bloomberg”in verdiyi məlumata görə, böhrandan dolayı insanlar arasında mübadilə yolu ilə ticarət etmək üsulu geniş yayılıb. Bazarda birinin qarşısındakı maldan çox, digərində başqa bir şey azdırsa, mübadilə ilə bazarlıq edilir. Məsələn, bir kilo unun ödənişi üçün bir kilo şəkər alınır. Motosiklet taksi sürücüləri bir qutu siqaret qarşılığında sizi istədiyiniz yerə qədər aparır. Meksika restoranlarından birinin sahibi isə bir neçə paket kağız salfeti qarşılığında bir qab burrito, enchilada, tamale və tako yeməklərini verir.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar