A24 Xeber

Bu ölkədə səsvermə YENİDƏN keçiriləcək

Bu ölkədə səsvermə YENİDƏN keçiriləcək
47
04 Sentyabr 2018 - 20:51

İspaniyanın Baş naziri Pedro Sançez Kataloniyaya daha çox muxtariyyət verilməsilə bağlı referendum keçirilməsini təklif edib, müstəqillik tələbinə isə qarşı çıxıb.

“A24.Az” TRT-yə istinadən xəbər verir ki, Sançez yeni səsvermənin keçirilməsi ilə bağlı Kataloniya hökumətinin rəhbəri Quim Torra ilə razılığın əldə edildiyini bildirib:

“Kataloniyanın muxtariyyətini möhkəmləndirəcək bir səsverməyə ehtiyac olduğu qənaətinə gəldik. Ona görə bu, müstəqillik deyil, bir muxtariyyət referendumu olacaq”.

Qeyd edək ki, Kataloniya Fransisko Frankonun ölümündən 3 il sonra 1978-ci il konstitusiyasına əsasən muxtariyyət alıb, 2006-cı ildə isə qanuni dəyişikliklərlə səlahiyyətini genişləndirib. İspaniya Konstitusiya Məhkəməsi 2010-cu ildə qanuni dəyişikliyin İspaniya deyil, katalonlara üstünlük verdiyini bildirərək əlaqədar maddələri ləğv edincə müstəqillik istəyi alovlanıb.

2017-ci ilin 1 oktyabrında keçirilən və İspaniya Konstitusiya Məhkəməsinin qeyri-qanuni elan etdiyi müstəqillik referendumundan sonra yerli hökumət Kataloniyanı 27 oktyabrda birtərəfli müstəqil elan edib. Bundan sonra mərkəzi hökumət yerli rəhbərliyi vəzifədən uzaqlaşdırıb, regionu birbaşa idarə etməyə başlayıb və məhkəmələr də bəzi adamların həbsinə qərar verib.

Haqqında həbs qərarı olan Kataloniyanın əvvəlki rəhbəri Karles Puçdemon Belçikaya qaçaraq orada yaşamağa başlayıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00