Bu ölkədə sünnətə qadağa qoyuldu

Bu ölkədə sünnətə qadağa qoyuldu
Want create site? Find Free WordPress Themes and plugins.

Bu ölkədə sünnət qadağan edilir.

A24.az xəbər verir ki, İslandiya kişilərə sünnəti qadağan edən ilk Avropa ölkəsi olmağa hazırlaşır. İslandiya parlamentinə təqdim edilən və sünnəti qadağan edən bu qanun layihəsini pozan şəxsə 6 il həbs cəzası nəzərdə tutulub.

Buna tək istisna olaraq isə “sadəcə tibbi zərurət yarandığı hallarda” icazə verilib.

İslandiyada sünnəti qadağan edən qanununda “Sünnətin oğlan uşaqlarının hüquqlarının pozulduğu və Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları müqaviləsinə zidd olduğu” deyilib. Layihə bir çox Avropa ölkəsində hazırda qadağan edilmiş olan qadın sünnətinə bənzədilib.

Qanunda həmçinin sünnətin əksəriyyətlə steril olmayan ev mühitlərində və tibbi təhsil görməmiş dini liderlər tərəfindən edildiyi də yazılıraq sünnətin uşaqlarda infeksiya, travma və bəzi hallarda ölümə səbəb ola biləcəyi bildirilib.

İslandiya qanununda həmçinin “valideynlərin uşaqların dininə rəhbərlik etməsi qəbul edilsə də, valideynlər heç bir zaman uşağın hüquqlarını poza bilməz” yazılıb.

Qanunda dini və ya mədəni səbəblərlə sünnət olmaq istəyən kişilərin yetkinlik yaşına çatdıqdan sonra sünnət olmağa qərar verə bilmələri də nəzərdə tutulub.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar