Bu ölkənin bütün məktəblərində QADAĞA - Təkcə şagirdlər deyil, müəllimlər üçün də keçərlidir

Bu ölkənin bütün məktəblərində QADAĞA – Təkcə şagirdlər deyil, müəllimlər üçün də keçərlidir
Want create site? Find Free WordPress Themes and plugins.

Cənubi Koreya hökuməti sağlam həyatı təşviq etmə məqsədli başladığı bir proqram çərçivəsində ölkədəki bütün ibtidai sinif, orta məktəb və liseylərdə kofe satışı və istehlakının qadağan edilməsi planlaşdırılır. Qadağa təkcə şagirdlər deyil, müəllimlər üçün də keçərlidir.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumat “Korea Times”da dərc edilib.

Cənubi Koreya Ərzaq və Dərman Təhlükəsizliyi Nazirliyi 14 sentyabrdan etibarən ölkədəki bütün ibtidai sinif, orta məktəb və liseylərdə kofe satışı və istehlakını qadağan edəcək. Nazirlik bu addımla çox qəhvə istehlakının kənar təsirləri olan ürək döyüntüsü, yuxu pozğunluqları, baş dönməsi və əsəbilik kimi təsirlər ilə mübarizə ediləcəyini vurğulayıb.

Nazirlik azyaşlıların davamlı qəhvə içməsini fiziki və əqli sağlamlıqları üzərində mənfi təsirləri olacağı barədə xəbərdarlıq da edib. Nazirlik rəsmisi “bu tənzimləmə uşaqlar və gənclər arasında sağlam qida istehlak etmə vərdişi yaradılması məqsədi güdür. Kofenin bütün məktəblərdə qadağan olunduğundan əmin olmaq üçün lazım olanı edəcəyik”, – deyə bildirib.

Ölkədə hazırda mövcud olan qanuna görə, yüksək kalorili, yüksək kofein səviyyəli və ya qida dəyəri aşağı məhsulların məktəblərdə satışı məhdudlaşdırılıb və ya qadağan olunub.

Orxan Aslanlı / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar