Bu ölkəyə keçən ay ən çox azərbaycanlılar SƏFƏR EDİB

Bu ölkəyə keçən ay ən çox azərbaycanlılar SƏFƏR EDİB
Want create site? Find Free WordPress Themes and plugins.

Ötən ay Azərbaycan Gürcüstana səfər etmiş əcnəbi ziyarətçilərin sayına görə birinci yeri tutub.

A24.Az xəbər verir ki, Gürcüstanın Milli Turizm Administrasiyasının məlumatına istinadla xəbər verir ki, mart ayında ölkəyə Azərbaycandan 133 448 nəfər səfər edib.

Azərbaycandan sonra Gürcüstana ötən ay ən çox Ermənistan (109 371 nəfər), Türkiyə (100 721), Rusiya (91 529) və İrandan (58 828) səfər olunub.

Bu ilin yanvar-mart aylarında Gürcüstana səfər etmiş əcnəbi ziyarətçilərin sayı  illik müqayisədə 15,5% artaraq 1 463 561 nəfər təşkil edib.

Təkcə mart ayında isə qonşu ölkəyə 578 514 nəfər səfər edib ki, bu da ötən ilin analoji göstəricisindən 13,2% çoxdur//APA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar