Bu qurumda YENİ TƏYİNAT var- FOTO

Bu qurumda YENİ TƏYİNAT var- FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinə yeni təyinat olub.

A24.Az xəbər verir ki, bu barədə oxu.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Anar Hüseynov məlumat verib.

O bildirib ki, nazir İnam Kərimovun əmri ilə Bayandur Rzayev Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi təyin edilib.

2004-2007-ci illərdə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun aspirantı olub, daha sonra isə Heyvandarlıq İnstitutunun Qoyunçuluq laboratoriyasında elmi işçi kimi fəaliyyət göstərib (2007-2011).

2012-ci yanvar ayından etibarən Gəncə Şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, ötən gün, mayın 28-də, nazir İnam Kərimovun əmri ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov tutduğu vəzifədən azad edilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar