Bu rayonda nə yanacaqdoldurma məntəqəsi var, nə də aptek - VİDEO

Bu rayonda nə yanacaqdoldurma məntəqəsi var, nə də aptek – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Xızıda aptek və yanacaqdoldurma məntəqəsi olmaması sakinləri narahat edir. Sakinlər dərman almaq üçün ya Sumqayıt, ya da Bakı şəhərinə getmək məcburiyyətində qalırlar. Avtomobili olanlar isə yanacaq üçün 60 km yol getməlidir.

A24.Az xəbər verir ki, Xızıda 16 min 495 nəfər əhali var. 25 kənd, 1 şəhər, Giləzi, Şurabad və Altıağac olmaqla 3 qəsəbəsi olan rayonda bir çox zəruri ehtiyacların təmin olması mümkün deyil.

Rayonda aptek yalnız xəstəxanadadır. Xızı rayon mərkəzi xəstəxanasının baş həkimi Bektaş Nəbiyev bildirib ki, tibb ocağında yalnız Səhiyyə Nazirliyinin təşkil etdiyi dövlət apteki fəaliyyət göstərir ki, burada olan dərmanlar da xəstəxanaya müraciət edən xəstələr üçündür.

Rayonda sürücülər də əziyyət çəkir. yanacaqdoldurma məntəqəsi olmadığına görə onlar avtomobilə yanacaq vurmaq üçün 60 km əlavə yol getməlidirlər.

İndi rayon sakinləri həm aptek, həm də yanacaqdoldurma məntəqəsi probleminin tezliklə həll olunmasını istəyirlər.

Rayon icra hakimiyyətindən isə  bildiriblər ki, 2 il əvvələ kimi burada aptek olub. Lakin sahibkar buradan gəlir götürə bilmədiyinə görə apteki bağlayıb. Burada aptek və yanacaqdoldurma məntəqəsi açmaq istəyən sahibkarlara isə icra hakimiyyəti tərəfindən köməklik göstəriləcək.

Xəzər Xəbər

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar