Bu rayonlardan müraciətlərin ardı-arası kəsmir - SİYAHI

Bu rayonlardan müraciətlərin ardı-arası kəsmir – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

“2017-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin təhlili göstərir ki, onların sayı əvvəlki ilə nisbətən 10 minədək azalmışdır. Bu, yerlərdə vətəndaşların problemlərinə daha diqqətlə yanaşılmasından, onları narahat edən məsələlərin həllinə lazımi kömək göstərilməsindən və müraciətləri ilə əlaqədar onlara əsaslı cavab verilməsindən irəli gəlir. Daxil olan müraciətlərin ümumi sayı Naxçıvan MR, Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Abşeron, Ağdam, Ağsu, Astara, Biləsuvar, Binəqədi, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Hacıqabul, Xaçmaz, Xətai, İmişli, İsmayıllı, Kürdəmir, Qaradağ, Qazax, Qəbələ, Qobustan, Qusar, Lerik, Masallı, Nərimanov, Nəsimi, Nizami (Bakı), Samux, Səbail, Siyəzən, Suraxanı, Şabran, Şuşa, Tərtər, Zərdab, digər şəhər və rayonlarda daha çox azalmışdır”.

Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.

Şöbə müdiri vurğulayıb ki, 2016-cı illə müqayisədə müraciətlərin sayı Beyləqan, Cəbrayıl, Kəlbəcər, Laçın, Saatlı, Sabirabad, Şamaxı və digər rayonlarda artıb: “Vətəndaş müraciətlərinin təhlilində əsas göstəricilərdən biri hər bir rayon və şəhərdən əhalinin 1000 nəfərinə düşən müraciətlərin sayıdır. Bu baxımdan 2017-ci ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin təhlili göstərir ki, Bakı şəhərinin rayonlarından, habelə Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Cəbrayıl, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Quba, Neftçala, Saatlı, Salyan, Samux, Şəmkir, Tovuz, Yardımlı, digər şəhər və rayonlarda bu göstərici yüksək olmuşdur.

Elə şəhər və rayon icra hakimiyyətləri var ki, vətəndaşlar öz problemləri barədə onlardan çox yuxarı dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına yazmağa üstünlük verirlər. Dövlət orqanlarına daxil olan müraciətlərin sayının bilavasitə yerli icra hakimiyyətlərinə daxil olan müraciətlərin sayından çox olduğu şəhər və rayonlardan Yevlax, Ağdam, Ağdaş, Astara, Bərdə, Göyçay, Göygöl, Kəlbəcər, Kürdəmir, Laçın, Neftçala, Pirallahı, Samux, Şamaxı, Tovuz, Yardımlı, Yasamal, başqa şəhər və rayonları göstərmək olar.

Müraciətlərin növlər üzrə təhlili göstərir ki, il ərzində daxil olmuş müraciətlərin 66,5 faizi ərizə, 33,2 faizi şikayət, 0,3 faizi təklifdir”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar