Bu sahibkarlara verilən maddi yardımlarda DƏYİŞİKLİK VAR

Bu sahibkarlara verilən maddi yardımlarda DƏYİŞİKLİK VAR
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi üçün yaradılan respublika komissiyasının tərkibindən Kənd Təsərrüfatı Nazirliyinin Respublika Baytarlıq Laboratoriyasının nümayəndəsi çıxarılıb.

A24.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli 401 nömrəli qərarı ilə təsdiq edilmiş “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi qaydası”nda dəyişiklik edilib.

Kənd təsərrüfatı nazirinin müavininin rəhbərliyi ilə fəaliyyət göstərən respublika komissiyasının tərkibində hazırda Maliyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin nümayəndəsi təmsil olunur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar