Bu şəxslərə 42 gün məzuniyyət veriləcək

Bu şəxslərə 42 gün məzuniyyət veriləcək
Want create site? Find Free WordPress Themes and plugins.

Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişiklik müzakirə olunub.

A24.Az Trend-ə istinadən xəbər verir ki, qanun layihəsində bəzi təhsil işçilərinə əmək məzuniyyətinin verilməsi ilə bağlı dəyişiklik edilməsi təklif olunub.

Dəyişikliyə əsasən, uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara, metodistlərə, defektoloqlara, loqopedlərə, psixoloqlara əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir.

Qeyd edək ki, Məcəllənin hazırkı variantına görə, uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara əmək məzuniyyəti 42 təqvim günü müddətində verilir.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar