Bu tələbələr universitetdən kənarlaşdırılır - Tələbələr ŞOK-da

Bu tələbələr universitetdən kənarlaşdırılır – Tələbələr ŞOK-da
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı Slavyan Universitetinin (BSU) magistr pilləsində təhsil alan tələbələrin Universitetdən kənarlaşdırılması qərarı alınıb.

A24.az xəbər verir ki, Bakı Slavyan Universitetinin (BSU) magistr pilləsində təhsil alan rusiyalı tələbə Aysel İsmayılovanın muxalifet.az- ın redaksiyasına şikayəti daxil olub. O bildirib ki, bakalavr təhsilini də BSU-da alıb. Rusiya vətəndaşı olduğundan Azərbaycanda yaşamaq üçün 5 illik icazəsi var. 2016-cı ildə imtahansız şəkildə BSU-nun magistr pilləsinə qəbul edilib.

Birbaşa universitet tərəfindən dəvət olunduğunu deyən xanım, imtahansız təhsilə başladığını qeyd edir. Fevral ayının 8-i isə universitet rəhbərliyi onu çağırıb və təhsildən uzaqlaşdırılacağını bildirib. Səbəb olaraq göstərilib ki, 2015-ci ildə Nazirlər Kabinetinin qəbul etdiyi qərar göstərilib. Həmin qərara əsasən, ölkədə 5 illik icazə ilə yaşayan əcnəbilər magistr pilləsinə imtahan verərək qəbul olunmalıdırlar.

A.İsmayılova sual edir ki, bu qərar 2015-ci ildə verilibsə, onları 2016-cı ildə magistr pilləsinə niyə qəbul ediblər? O qeyd edib ki, məhz bu məsələyə görə universitetdə dekan vəzifəsində çalışan Lamiyə Quliyeva vəzifəsindən azad olunub. Universitet rəhbərliyi ona məsləhət görüb ki, Təhsil Nazirliyi ilə əlaqə saxlasın. Nazirliyə vəkili ilə getdiyini deyən A.İsmayılovaya bildiriblər ki, bu məsələnin istisna hal kimi dəyərləndirilməsi mümkün deyil.

Məsələyə aydınlıq gətirmək üçün BSU ilə əlaqə saxlanılıb. Ali təhsil ocağının Əcnəbi Tələbələrlə İş üzrə Şöbəsinin rəhbəri Ülviyyə Məmmədova bildirdi ki, hazırda universitet daxilində bu məsələ ilə bağlı ciddi araşdırma başladılıb, mövcud vəziyyətin həllinə çalışılır:
“Təəssüf ki, universitetimizdə təhsil alan bir neçə əcnəbi tələbə ilə bağlı belə bir problem var. Bu dəqiqə problemin həlli üçün çalışırıq. Universitet daxilində ciddi araşdırma başaldılıb.

Ötən ilin ikinci rübündə məhz bu məsələ ilə bağlı Lamiyə Quliyeva dekan vəzifəsindən azad edilib. Ona görə, sizə bəzi məlumatları deyə bilmirəm. Aysel xanımın vəkili birbaşa bizə müraciət edib. Bu məsələdə, bəli, universitetimizin də öz günahları var. Problemin həlli üçün tələbə universitetdən kənarlaşdırıldıqdan sonra məhkəməyə müraciət edə bilər. Məhkəmə prosesində bütün bu məsələlər – onların imtahansız qəbulu, təhsil prosesinə kimlərin göstərişi ilə başladıqları və s. məqamlara aydınlıq gətiriləcək.

Prosesin sonunda universitetdə özbaşınalığın olduğu təsdiqlənsə, nazirliyin göstərişi ilə tələbənin təhsilə davam etməsi tərəfimizdən təmin ediləcək. Diplom sənədi də təhsil ilinin yekununda ona təqdim olunacaq”.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar