Bu yeni cihaz infarkt və insultun qarşısını almağa xidmət edəcək

Bu yeni cihaz infarkt və insultun qarşısını almağa xidmət edəcək
Want create site? Find Free WordPress Themes and plugins.

Avstraliya Milli Universitetinin (AMU) alimlərinin yaratdığı biooptik diaqnostik qurğu infarktın və insultun qarşısını almağa xidmət edəcək.

A24.Az yerli KİV-lərə istinadla xəbər verir ki, qurğu trombların əmələ gəlməsini aşkar edərək, insanlara gözlənilən təhlükə haqqında xəbərdarlıq edir. Xəstənin qanındakı trombositləri təhqiq edən qurğu onların insanın arteriya damarında trombun əmələ gəlməsi riski ilə qarşılaşdığı zaman verəcəyi reaksiyanı əks etdirən 3D xəritə yaradır.

Biooptik diaqnostika qurğusunun təqdimatında çıxış edən professor Stiv Li bildirib ki, yeni qurğu xəstənin qan nümunəsi əsasında dəqiq informasiyanın 3D xəritəsini yaradır ki, bu da çox baha başa gələn və uzun müddətli digər prosedurlardan xilas olmağa imkan verir.

Avstraliyalı alimlərin qənaətinə görə, yeni qurğu tibb sahəsində əsil inqilaba səbəb olacaq.

Hələlik yeni qurğunun yalnız AMU-nun klinikasında tətbiq edildiyi və iki ildən sonra xəstəxanalara veriləcəyi bildirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar