Bu yerllərdə 5 GÜN qaz olmayacaq- XƏBƏRDARLIQ

Bu yerllərdə 5 GÜN qaz olmayacaq- XƏBƏRDARLIQ
Want create site? Find Free WordPress Themes and plugins.

Sentyabrın 11-dən etibarən 5 gün müddətində Bərdə, Tərtər, Ağdam, Füzuli, Beyləqan, Ağcabədi rayonlarının qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən A24.Az-a verilən məlumata görə, Yevlax rayonunun isə rayon mərkəzi daxil olmaqla bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Qaz təchizatının dayandırılması Qərb regionu üzrə inzibati rayonların ərazilərində yerləşən qaz təchizatçılarının fasiləsiz və etibarlı şəkildə təbii qazla təmin edilməsi, həmçinin şəbəkənin qaz nəqletmə imkanının artırılması məqsədilə “Qaz İxrac” İdarəsinin balansında olan yeni çəkilmiş mövcud diametri 1020 mm-lik “Qazıməmməd-Qazax” (I xətt) magistral qaz xəttinin 182-210 km-lər arası hissəsinə birləşdirilməsi zərurəti ilə əlaqədardır.

“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar