Bu yolda nəqliyyatın hərəkətinə dəyişiklik edilib

Bu yolda nəqliyyatın hərəkətinə dəyişiklik edilib
Want create site? Find Free WordPress Themes and plugins.

Moskva prospektinin “Şamaxinka” deyilən ərazisində sıxlığın azaldılması, həmçinin Yeni Yasamal ərazisindən çıxan və Biləcəri-Sumqayıt istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin rahat hərəkətini təmin edilməsi məqsədi üçün Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının razılığı ilə hərəkətin təşkilində müəyyən dəyişikliklər olunub.

A24.Az xəbər verir ki,  artıq həmin avtomobillərin “Şamaxinka” ərazisinə daxil olmadan Biləcəri-Sumqayıt istiqamətində rahat və təhlükəsiz hərəkət edə bilərlər.

Yenidənqurma işləri çərçivəsində “Bakı Dairəvi-1” avtomobil yolunun əsas hissəsi ilə köməkçi hissəsi arasında yerləşən səs boğucularının və dəmir-beton hissənin sökülməsi işləri aparılıb. Bununla da əsas yoldan köməkçi yola yeni keçid hissə açılıb.

Əsas yoldan yan yola keçid kimi hazırda istifadə olunan hissədə aparılan müəyyən dəyişikliklərdən sonra isə yan yoldan, yəni Yeni Yasamal ərazisindən gələn nəqliyyat vasitələri əsas yola keçid hissə kimi istifadə edirlər. Bunun üçün ərazidə yenidənqurma işlərindən sonra zəruri yol nişanları və təhlükəsizlik dirəkləri də quraşdırılıb.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar