A24 Xeber

Bu yolda yeni KEÇİDLƏR QURAŞDIRILACAQ

Bu yolda yeni KEÇİDLƏR QURAŞDIRILACAQ
40
08 İyun 2018 - 17:33

Yusif Səfərov küçəsində yeni yol keçidləri təşkil olunacaq.

Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev A24.Az-a bildirib ki, bu yay icra ediləcək mühüm layihələrdən biri Yusif Səfərov küçəsində nəqliyyat axınının düzgün idarə edilməsi ilə bağlıdır.

O qeyd edib ki, şəhər mərkəzinə əsas giriş hesab edilən bu küçənin Mehdi Mehdizadə və Nizami küçələri ilə kəsişməsində yeni yol keçidlərinin təşkili planlaşdırılır:

“Bu isə öz növbəsində, Bakı şəhərinin şərq və qərb bölgələri arasındakı avtomatik kommunikasiyanı əhəmiyyətli dərəcədə asanlaşdıracaq və nəqliyyat axınının daha düzgün yayılmasını təmin edəcək”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00