Bugünkü oyunda azərbaycanlılar rəqib komandaya azarkeşlik edəcək - AFFA etiraz edir

Bugünkü oyunda azərbaycanlılar rəqib komandaya azarkeşlik edəcək – AFFA etiraz edir
Want create site? Find Free WordPress Themes and plugins.

DÇ-2018-in bu gün keçiriləcək Azərbaycan – Almaniya oyununda qonaq komandaya 900 azarkeş stadionda dəstək verəcək.

“A24.az” “Qol.az”a istinadən xəbər verir ki, bu barədə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib. Onun sözlərinə görə, matçı canlı izləmək üçün Almaniyadan Bakıya göstərilən sayda azarkeş gəlib.

Mikayıl Nərimanoğlu

AFFA rəsmisi alman azarkeşlər üçün ayrıca sektor ayrıldığını bildirib.

Yayılan məlumata görə, Almaniya millisinə Bakıda bu komandanın azarkeşi olan 20-dək azərbaycanlı da dəstək olacaq. AFFA rəsmisi Mikayıl Nərimanoğlu bu məsələyə də münasibət bildirib:

“Düzdü, rəsmi olaraq, bizə müraciət edən olmayıb. Amma bu haqda biz də eşitmişik. Bir azərbaycanlının öz doğma ölkəsinin komandası dura-dura başqasına dəstək olması heyrət doğurur. Bunda bir məntiq yoxdur. Milli komanda bizim üçün hər şeydir. Öz komandamızın oyununda rəqibə necə azarkeşlik etmək olar?”

Xatırladaq ki, Azərbaycan – Almaniya matçı bu gün Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar